Modern.az

20 azərbaycanlını evində qeydiyyatdan keçirən qıza qarşı cinayət işi açıldı

20 azərbaycanlını evində qeydiyyatdan keçirən qıza qarşı cinayət işi açıldı

1 Fevral 2016, 17:26

Tula şəhər prokurorluğu yerli sakin, 21 yaşlı Tatyana Qolubtsovaya qarşı ittiham aktını təsdiq edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, 20 Azərbaycan vətəndaşının qanunsuz olaraq Rusiya Federasiyası ərazisində qalmaları üçün saxta sənədlər hazırlamaqda ittiham olunur.  

Müəyyən olunub ki, Qolubtsova 2015-ci ilin yanvar-mart ayları ərzində pul qarşılığında Azərbaycan vətəndaşlarını saxta sənədlər əsasında öz 3 otaqlı evində qeydiyyatdan keçirib.  

Rusiya vətəndaşını faktla bağlı cərimə yaxud 3 ilə qədər həbs, Azərbaycan vətəndaşlarını isə Rusiya ərazisindən deportasiya olunmaq gözləyir.    

Vüqar İsmayılov      

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza