2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq.
İmtahanın birinci mərhələsi 6 martda, ikinci mərhələsi isə 5 iyunda keçiriləcək.
Magistraturaya qəbul olunacaq bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 29 iyun-11 iyul tarixlərində aparılacaq. Boş qalan plan yerlərinə ixtisaslaşma seçimi isə 8-14 avqust tarixlərində aparılacaq.
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsin ərizə qəbulu 1-10 mart, qəbul imtahanın birinci mərhələsi 3 aprel, ikinci mərhələsi 29 iyul tarixlərində keçiriləcək. Namizdələrin ixtisaslaşma seçimləri 1-7 avqustda, qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatları 9-15 avqust tarixlərində keçiriləcək. Boş qalan yerlərə ixtisaslaşma seçimi isə 19-22 avqustda aparılacaq.
Aytən ZƏHRA