"Ölkə Prezidenti cənab İlham Əliyev bir müddət öncə iqtisadi blokla keçirdiyi müşavirədə, eləcə də, regionlarla bağlı dövlət proqramlarının icrasına həsr olunmuş son konfransda çox dəyərli və çox qiymətli fikirlər səsləndirdi, əhəmiyyətli tövsiyələr, ciddi tapşırıqlar verdi. O, xüsusilə, ölkədə iqtisadi islahatların daha da sürətləndirilməsi ilə bağlı hökumət, bütövlükdə hər birimiz qarşısında ciddi vəzifələr qoydu".
Modern.az saytı Gün.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dilə gətirib.
Komitə sədrinin dediyinə görə, bu da təsadüfi deyil:
“Çünki istər-istəməz dünyada yaşanan məlum proseslər, 2008-ci ildən bu yana dünyanı başına götürən və hələ də sonu görünməyən qlobal maliyyə-iqtiadi böhran az da olsa, Azərbaycana da öz təsirini göstərir”.
E.İbrahimov qeyd edib ki, hətta, yanvar ayının əvvəllərində devalvasiya, “uzən məzənnəyə” keçilməsi ilə bağlı müəyyən proseslər oldu, ancaq dövlət başçısı dərhal öz qətiyyətli mövqeyini, iradəsini ortataya qoydu, əməkhaqlarından, pensiyalardan tutmuş müavinətlərə qədər hamısını10 faiz artırdı:
“İndiki şəraitdə bunun özü böyük göstəricidir. Çünki dünyanın heç bir yerində görünməyib ki, belə bir şəraitdə əməkhaqları, pensiyalar, müavinətlər artırılsın. Bunu ancaq və ancaq Azərbaycan dövləti və dövlət başçısı İlham Əliyev edə bilərdi. Çünki Azərbaycan dövlətinin və dövlət başçısının fəaliyyətinin başlıca amili insanların, vətəndaşların rifahı təşkil edir”.
Komitə sədri deyib ki, dövlət başçısı keçirdiyi son müşavirə və konfransda ölkədə aqrar sektorun, kənd təsərrüfatının inkişafı məsələsini xüsusi şəkildə qabardıb və elə bunun özü iqtisadi islahatların daha da gücləndirilməsi üçün bir stumil rolunu oynaya bilər:
“Bildiyiniz kimi, ötən il Azərbaycanda “kənd təsərrüfatı ili” elan olunmuşdu və çox uğurlu nəticələr də qazanılmışdı.
Xüsusilə də, taxıl istehsalında rekord nəticə əldə olunmuşdu. Ona görə biz bu sahədə 2015-ci ildə olan uğurlarımızı 2016-cı ildə də davam etdirməliyik. Dövlət başçısının da dediyi kimi, hər ilimiz kənd təsərrüfatı ili olmalıdır”.
E.İbrahimov eyni zamanda deyib ki, bir neçə gün öncə Aqrar siyasə komitəsi tərəfindən müzakirə edilən, bu ilin aprel ayında da plenar iclasda ikinci və üçüncü oxunuşlarda müzakirəsi, qəbulu gözlənilən “Kənd təsərrüfatı koopreasiyası haqqında” qanun iqtisadi islahatların sürətləndirilməsində, xüsusən, aqrar sektorun inkişafında böyük rol oynayacaq.
“Bu qanunun qəbulu heç şübhəsiz aqrar sahədə islahatlara, inkişafa öz töhfəsini verəcək.
Yəni, ölkədə xırda təsərrüfatların birləşərək iri fermer təsərrüfatlar yaratması prosesi daha da sürətlənmiş olacaq. Məlum olduğu kimi də, iri təsərrüfatların yaradılması ilə bağlı dövlət başçısının tapışığı var və bu istqiqmətdə də koknktret işlər görülür.
Eyni zamanda, “Taxtakörpü” su anbarının istifadəsi ilə əlaqədar Şabran, Siyəzən, Xızı, Abşeron rayonlarında 30 min hektardan artıq əkinə yararlı torpaq sahələri əldə etmiş olacağıq.
Bunun özü ölkədə iqtisadi, əsasən də aqrar islahatların inkişafı istiqmətində böyük addımlardan biridir və bir olacaq.
Yəni demək istəyirəm ki, indi hər bir kəsdən dövlət başçısı tərəfindən verilən tapşırlıq və vəzifələrə daha ciddi, daha vicdanlı əməl etmək tələb olunur. Hamımız qolumuzu çırmalayıb, var gücümüzlə ölkəmizin inkişafı, iqtisadi və siyasi qüdrəti naminə çalışmalıyıq, dünyadakı lider dövlət mövqeyimizi qorumalıyıq.
Bu prosesdən heç kim yaxasını kənara çəkməməlidir və çəkməyə də haqqı yoxdur. Biz öz əməli fəaliyyətimizlə dövlət başçısının Azərbaycan naminə çağırışlarına cavab verməliyik” - deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.