Modern.az

ABŞ: “İraqda olan türk ordusu beynəlxalq koalisiyaya daxil deyil”

ABŞ: “İraqda olan türk ordusu beynəlxalq koalisiyaya daxil deyil”

Təhsil

2 Fevral 2016, 17:07


İraqın şimalında yerləşən türk ordusu ABŞ-ın İŞİD-ə qarşı başçılıq etdiyi beynəlxalq koalisiyanın üzvü deyil.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmisi Stiven Uorren deyib.  

“Türk ordusu beynəlxalq koalisiyanın üzvü deyil, ABŞ onlara İŞİD-lə mübarizə üçün“yaşıl işıq” yandırmayıb”.   Uorren türklərin İraqda “öz məqsədləri” üçün yerləşdiyini deyib.

Türkiyə rəsmi Bağdadın etirazlarına baxmayaraq İraqın şimalındakı Başik rayonunda İŞİD-lə mübarizə aparan kürd dəstələrinə yardım etdiyini deyib.    

Vüqar İsmayılov    

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza