Rusiyanın Leninqrad vilayətinin Şlisserburq rayonunda 2 erməni biznesmen öldürülüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə avtoservisin yaxınlığında baş verib. İki silahlı qrup arasında başlayan atışma zamanı 1956-cı il təvəllüdlü QrayrVardanyan və 1971-ci il təvəllüdlü Armen Xurşudyan öldürülüb.
İnsident zamanı daha 3 erməninin yaralandığı bildirilir.
Leninqrad vilayət polisi atışmada iştirak edən 10 nəfərin axtarışına başlayıb. Öldürülən şəxlsərin bölgədə kriminal aləmlə əlaqəli biznes adamları olduğu bildirilir.
Vüqar İsmayılov