Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 111 nömrəli qərarına uyğun olaraq Abşeron rayonundakı “Güzdək” qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC, “S.Əliyev” adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC, “Qobu” dəvəçilik üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC və “Abşeron rayon meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC birləşdirilərək “Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.
Modern.az saytı Vergilər Nazirliyinə istinadən xəbər verir ki, adları qeyd olunan MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış ləğvetmə komissiyasına ( Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi,40) iki ay ərzində müraciət etməlidirlər.Gülşən RAUFQIZI