Modern.az

Rüstəm Usubov kəfən geyinənləri qəbul etdi

Rüstəm Usubov kəfən geyinənləri qəbul etdi

Təhsil

3 Fevral 2016, 12:04


Fevralın 3-ü səhər saatlarında bir qrup şikayətçi Baş Prokurorluğun binası önündə etiraz aksiyası keçirib. 

Şikayətçilər problemlərinin həll edilməməsindən narazıləq ediblər. Vətəndaşların əsas tələbləri Baş prokuror Zakir Qaralovla görüşmək olub. Onların bəziləri kəfən geyinməklə problemlərinə göz yumulmasına  bu yolla etiraz ediblər.

Vətəndaşlar deyiblər ki, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq, vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmır.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytına həmin vətəndaşların  Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən qəbul edildiyini bildirib. O, həmçinin hazırda qəbulun davam etdirildiyini əlavə edib.



Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza