Modern.az

Nazirlikdən “Ulduz” filminin “Nazik”inə cavab yoxdur

Nazirlikdən “Ulduz” filminin “Nazik”inə cavab yoxdur

Təhsil

3 Fevral 2016, 13:06

 

Xəbər verdiyimiz kimi, “Ulduz” filminin “Naziləsi (Nazik) Modern.az saytına açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən şikayət edib. 86 yaşlı aktirisa yaşadığı ev şəraitindən, güzəranından narazılığını bildirib. Eyni zamanda nazir müavini Ədalət Vəliyevin hələ 7 il əvvəl ona kömək edəcəyinə dair söz versə də, vədinə əməl etmədiyini vurğulayıb.

Modern.az saytının məsələ ilə bağlı müraciət etdiyi Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov səslənən fikirlərə hər hansı münasibət olmadığını deyib. Nazirlik rəsmisi “hər hansı yenilik olsa, xəbər edəcəm”,-deyə əlavə edib. 

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza