Modern.az

Müsavat deputat Naqif Həmzəyevə uduzdu

Müsavat deputat Naqif Həmzəyevə uduzdu

Təhsil

3 Fevral 2016, 15:13

Müsavat Partiyasının deputat Naqif Həmzəyevə qarşı qaldırdığı iddia təmin edilməyib. Modern.az-ın məlumatına görə, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin bu gün keçirilən iclasında iddia sübut edilmədiyindən bununla bağlı qərar qəbul olunub. 

Qeyd edək ki, Müsavat Partiyası N.Həmzəyevi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə haqda fikirlərinə görə məhkəməyə verib. Gənc deputat isə informasiya terrorunun qurbanı olduğunu və deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib.


Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza