Fransa hökumətinin strateji planlaşdırma agentliyi France Strategie Avropa Birliyinin Şengen zonasını ləğv edəcəyi halda üzləşəcəyi çətinliklərdən danışıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şengen zonasına daxil olan ölkələrdə sərhəd nəzarətinin bərpa olunması nəticəsində iqtisadi birlik 100 milyard dollara qədər maliyyə itkisi ilə üzləşəcək. France Strategie-nin məlumatına görə təkcə yaxın 1 il ərzində Fransa 3 milyard dollar pul itirəcək.
Uzaq perspektivdə sərhəd nəzarətinin bərpa olunması ölkələr arasında ticarət dövriyyəsinin azalmasına və Fransanın Ümum Daxili Məhsul istehsalının 0,5%, yaxud 10 milyard dollar geriləməsinə səbəb olacaq.
Şengen zonası Avropa Birliyinin 22 ölkəsi və Birliyə daxil olmayan İslandiya, Norveç, İsveçrə və Lixtinşteyn arasında insan və yük daşınmasının maneəsiz hərəkət etməsinə yol açan razılaşmadır.
Avropa Birliyinə kütləvi miqrant axınının olması səbəbindən İsveç və Danimarka öz sərhədlərində gömrük nəzarətini bərpa etmişdi.
Vüqar İsmayılov