Modern.az

Britaniyanın Azərbaycanda yeni səfiri təyin edilib

Britaniyanın Azərbaycanda yeni səfiri təyin edilib

Təhsil

3 Fevral 2016, 17:14


Böyük Britaniyanın Azərbaycanda yeni səfiri təyin olunub.

Trend-in Britaniya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Kerol Krofts Birləşmiş Krallığın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xanım K.Krofts bu postda səfir İrfan Siddiqi əvəz edəcək.

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına 2016-cı ilin may ayından başlayacaq.

Qeyd edək ki, K.Krofts 1987-ci ildən Britaniya XİN-də müxtəlif vəzifələrdə çalışır.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza