Türkiyədə neft emalı zavodunda yanğın olub. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın Kocaeli şəhərinin Körfəz qəsəbəsində yerləşən "Tüpraş İzmit Neft emalı zavodu"nda qeydə alınıb. Yanğına avadanlıqlarda meydana gələn nasazlığın səbəb olduğu bldirilir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əraziyə çoxlu sayda yanğınsöndürən qüvvə cəlb olunub.
Qeyd edək ki, "Tüpraş" şirkətinin (Türkiye Petrol Rafinerileri A.Ş.) Kocaeli, Kırıkkale, Əliağa və Batmanda neft emalı zavodları mövcuddur.
Modern.az