Modern.az

Konqresmendən 20 Yanvar və Xocalı faciəsi ilə bağlı bəyanat

Konqresmendən 20 Yanvar və Xocalı faciəsi ilə bağlı bəyanat

Təhsil

4 Fevral 2016, 20:34

 

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Modern.az saytına verilən xəbərə görə, konqresmen Peyn bəyanatında 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə 130-dan çox insanın öz həyatını itirdiyini qeyd edib.

O, həmçinin Azərbaycan torpağı olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və uşaqların da olduğu 600-dən çox insanın qətlə yetirildiyini bildirib.

Bəyanatda bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərini də çağırış əks olunub. Konqresmen Peyn sonda Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza