“ AŞPA-da bizə lazım olan qətnamə qəbul olundu. İninci qətnamə qəbul olunmadı. O qətnaməyə də alternativ olaraq yeni bir qətnamə hazırlamağa ehtiyac yoxdur”.
Bu sözləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa Modern.az saytına açıqlamasında söyləyib.
Fazil Mustafa bildirib ki, qəbul olunmayan həmin qətnamə artıq heç bir tərəf üçün əhəmiyyət kəsb etmir:
“Həmin qətnamə artıq nə Ermənistanın , nə də bizim istinad edəcəyimiz bir sənəddir. Artıq o sənəd mahiyyətini itirib.
Hansısa başqa, yeni bir qətnaməyə layihəsinə yaxın zamanda ehtiyac yoxdur”.
Millət vəkili hesab edir ki, Azərbaycan AŞPA-da lazım olanı əldə edib və bundan artığını əldə etmək qazanılanı da arxa plana keçirə bilər:
“Əgər vəziyyət, situasiya tələb edərsə, belə bir qətnamə ortaya çıxartmaq olar.
Bizə lazım olanı əldə etmişik. İndiki şərtlərdə əlavə artığını əldə etmək, qazanılanı da kölgə altında qoya bilər”.
Qeyd edək ki, AŞPA-nın yanvarın 26-da keçirilən keçirilən iclasında Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentari Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmamışdı.
Ağa AKİFOĞLU