Modern.az

Belə azərbaycanlı da var - Ukraynadan bir xəstəyə göndərilən dərmanı oğurladı

Belə azərbaycanlı da var - Ukraynadan bir xəstəyə göndərilən dərmanı oğurladı

Təhsil

5 Fevral 2016, 17:33


Modern.az
-a Ukraynada yaşayan azərbaycanlıdan şikayət ərizəsi daxil olub. Şikayət ərizəsində bildirilir ki, ötən gün Kiyev hava limanında işləyən Cavid adlı azərbaycanlı Bakıya yola düşən Eşqin Məmmədovla uzun illərdir ağır xəstə olan qohumuna dərman göndərib.
Bildirib ki, Bakıya çatanda hava limanında dərmanı götürəcək şəxslər ona yaxınlaşacaq.

Təyyarə 18:30-da Bakıya çatıb. Lakin Bakıda Ukraynadan gələcək dərmanı götürmək istəyən şəxslər Eşqini tapa bilməyiblər. Ona zəng edilsə də, müxtəlif bəhanələrlə dərmanı sahibinə verməyib.

Modern.az saytı Eşqin Məmmədovla əlaqə saxlayıb.

Eşqin onun haqqında deyilənlərin yalan olduğunu və bu sözləri hüquq-mühafizə orqanlarının qarşısında da deyəcəyini bildirib. O qeyd edib ki, hava limanındakı görüntülər kameraya düşüb və sübut etməyə hazırdır.

“Ukraynadan həmin dərmanı mənə verən adamla danışdım və ona da bildirdim ki, hava limanından keçəndə əlimdə ev üçün aldığım şampun və ətriyyat daxil olmaqla həmin dərman da zibil qabına atılıb. Mə dil bilmirəm. O insan mənə həmin dərman və siqareti verəndə də dedim ki, “dil bilmirəm, yanımda dur, bunları keçirtməyə mənə kömək et”.

Əlimdən alınanda o şəxs də yanımda idi. Mənə deyilir ki, baqajda keçirmişəm. Baqajı mən əvvəldən göndərmişdim”.

Eşqin bildirir ki, Bakıya qayıdanda ona hava limanında heç kim yaxınlaşmayıb. 

“Mənə ehtiyac deyil ki, hansısa xəstənin dərmanını götürüm.  Allah and olsun gedib maraqlandım  və dedilər ki, hər nə olursa olsun kameraya düşür. Dərman zəhərdir. Gətirib dərmanı nə edəcəm? Göygöl rayonunda yaşayıram, gəlin araşdırın. Boynumuz qanun qarşısında qıldan incədir. Adam öldürməmişəm ki, kamera var, baxılar, reallıq üzə çıxar”. 

Ukraynada olan soydaşımız isə bunun tam əksini dedi və bildirdi ki, dərmn çox bahalı olub və bunu Eşqinə də deyib. “Təəssüf edirəm ki, belə azərbaycanlı var”.

Şikayətçi Eşqin Məmmədov barədə polisə məlumat verəcəyini bildirdi.

 Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza