Jurnalist Eynulla Fətullayev iki layihəsini birdən dayandırdı
Fevralın 5-də Haqqın.az və Virtualaz.org saytları işini dayandırıb. Hər iki sayta rəhbərlik edən araşdırmaçı-jurnalist Eynulla Fətullayev kollektivi toplayaraq maliyyə durumu ilə bağlı saytların işini dayandırmaq haqqında qərar verdiyini deyib.
Bu haqda sözügedən saytlarda çalışanlar Facebook sosial şəbəkəsi üzərindən xəbər yayıb. Onlar iş axtardıqlarını bildirirlər.
***
Haqqın.az və Virtualaz.org bağlanmır, sadəcə işçilər ixtisarlar olunur. Bu barədə Modern.az-a orada işləyən jurnalistlər məlumat verib.
Bildiriblər ki, sadəcə hər iki saytda əvvəlki kimi araşdırmalar getmədiyi üçün yalnız rəsmi xəbərlər veriləcək.
Buna görə də işçilər ixtisar olunur.