Fevralın 5-də Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Gəncə şəhər Məşğulluq Mərkəzi tərəfindən əmək yarmarkası təşkil edilib.
Modern.az-a verilən rəsmi məlumata görə, yarmarkada 60 idarə və müəssisə tərəfindən 746 iş yeri təklif olunub. Gün ərzində 724 nəfər üçün vakansiyalar üzrə göndəriş verilib. Günun sonuna olan məlumata əsasən 254 nəfər daimi işlə təmin olunub.
“Azadlıq” radiosunun məlumatına görə isə Gəncədə iş axtaranların sayının çox olması səbəbindən fevralın 5-nə təyin olunan əmək yarmarkası ləğv olunub.
Yarmarka hakim Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının binasında təşkil olunub. Amma iş arayanların axını çox olduğuna görə bunaya giriş məhdudlaşdırılıb. Bu, müracət edənlər arasında müqavimət və basabas yaradıb. İnsanların narazılığı səbəbindən giriş polis nəzarətə götürülüb.