Modern.az

Polislə sakinlər arasında qarşıdurma olmayıb -Gəncə ŞİH

 Polislə sakinlər arasında qarşıdurma olmayıb -Gəncə ŞİH

Təhsil

5 Fevral 2016, 20:19

 

Gəncə şəhər İcra Hakimiyyəti Gəncədə baş verən hadisə ilə bağlı məlumat yayıb. İcra hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, Əmək və Əhalinin Soalial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Gəncə şəhər Məşğulluq Mərkəzi tərəfindən əmək yarmarkası təşkil edilib.

Yarmarkada 60 idarə və müəssisə tərəfindən 746 iş yeri təklif olunub. Lakin müraciət edənlərin sayının həddindən artıq çox olduğu, həmçinin ətraf rayonlardan çoxlu sayda vətəndaş müraciət etdiyi üçün gözlənilmədən anlaşılmazlıq baş verib. Bunu nəzərə alaraq, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən əhaliyə elan olunub ki, yaxın günlərdə növbəti böyük əmək yarmarkası keçiriləcək.

Onu da qeyd edək ki, yaxın günlərdə Gəncə şəhərində 40 ədəd 5 mərtəbəli və 9 mərtəbəli binanın fasad təmiri həyata keçiriləcək. Həmçinin, hazırda Gəncə şəhərində Flarmoniya, İmamzadə kompleksi, 39 saylı orta məktəb, Avtomobil zavodunun yaşayış binaları və bu qəbildən çoxlu sayda yerlərdə tikinti təmir işləri həyata keçirilir. Bununla da 5 mindən çox vətəndaş işlə təmin olunub. Yaxın günlərdə də yeni iş yerləri ilə bağlı böyük yarmarkanın elanı açıqlanacaq. Sadəcə ətraf rayonlardan olan vətəndaşlarında müraciət etdiyi üçün anlaşılmazlıq yaranıb. Çünki bu yarmarka yalnız Gəncə şəhər sakinləri üçün idi.

Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yarmarkada polislə sakinlər arasında heç bir qarşıdurma olmayıb və saxlanılan da yoxdur.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza