Modern.az

İŞİD tərkibində 34 terror qrupu var – RƏSMİ

İŞİD tərkibində 34 terror qrupu var – RƏSMİ

Təhsil

6 Fevral 2016, 11:11


Dekabrın ortalarına olan məlumata görə, dünyanın 34 terror qrupu İŞİD-ə sədaqət andı içiblər.

Modern.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Pan Gi Mun deyib. O qeyd edib ki, onların sayı 2016-ci ildə də artmağa davam edəcək.

İŞİD dünyanın zəngin terror qruplarından sayılır. Belə ki, 2015-ci ildə neft və neft məhsullarından 400-500 milyon dollar gəlir əldə edib. Bundan əlavə, terroristlər işğal etdikləri ərazilərin fermerləri və sahibkarlarından vergi alırlar.

Pan Gi Mun təhlükənin görünməmiş səviyyədə olduğunu qeyd edib. Onun fikrincə İŞİD dəyişən mühitə tez uyğunlaşır.  

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza