İqtisadiyyat Nazirliyində Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, yeni qərar qəbul edilib.
Belə ki, ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb.
Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.Gülşən RAUFQIZI