Modern.az

Daha bir uşaq ölümü qeydə alınıb

Daha bir uşaq ölümü qeydə alınıb

Təhsil

6 Fevral 2016, 23:09

 

Bərdədə doğuş zamanı uşaq ölüb. Modern.az saytı aznews.az-a istinadən xəbər verir ki, hadisə Bərdə Mərkəzi rayon Xəstəxanasının Doğum Evində baş verib.

Belə ki, fevralın 4-də Doğum evinə gətrilən Ağdam rayon Paşabəyli kənd sakini Quliyeva Sevinc Əli qızına Şöbəsinin ginikoloq - həkimi Nərgiz Hümbətova tərəfindən doğuşun fevralın 11-də gerçəkləşəcəyi diaqnozunu qoyub. Fevralın 6-da 1986-cı il təvəllüdlü S.Quliyevanın həkim təyin etdiyi vaxtdan qabaq sancılar başlayıb.

Həkimə aparılan S. Quliyevanın ailəsinə doğuşun vaxtının olduğu xəbəri verilib.

3 saatdan sonra uşaq gözlənildiyindən daha ağır çəkidə olduğu üçün ana doğuşu bacara bilməyəcyi bildirilib. Bu zaman Kifayət adında cərrah-doktur ananı xilas etmək üçün qeysəriyyə yolu ilə doğuşu gerçəkləşdirib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb.  

S. Quliyevanın ailə üzvlərinin verdikləri məlumata görə doğulacaq uşaq həkim məsuliyyətsizliyindən tələf olub. UZİ də uşağın çəkisi 3.350 kq göstərilib. Doğuşdan sonra həkimlər uşağın çəkisinin 4.500 kq çox olduğu deyilib. “Bizə deyilən nə uşağın çəkisi düz çıxmadı, nə də onun təyin olunan doğuş vaxtı düzgün deyilməyib.”  

S. Quliyevanın ailəsi Bərdə Doğum evinin həkimlərindən şikayərçi olacaqlarını deyiblər.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza