Tayvanda bu gün baş verən güclü zəlzələ qurbanlarının sayı 14 nəfərə çatıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, 156 nəfər itkin düşmüş hesab edilir.
Tayvanın Mərkəzi İnformasiya Agentliyinin məlumatına əsasən, təbii fəlakət nəticəsində daha 484 nəfər xəsarət alıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Tayvan adasının cənubunda 6,7 bal gücündə zəlzələ baş verib.
Modern.az