Modern.az

Azərbaycandan olan qadın İspaniyada futbol klubu alıb

 Azərbaycandan olan qadın İspaniyada futbol klubu alıb

Təhsil

7 Fevral 2016, 20:33

 

Azərbaycandan olan qadın iş adamı İspaniyada futbol klubu alıb. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bunu "Championat" nəşrinə müsahibəsində İspaniyanın II Divizionunda çıxış edən "Marbel" klubunun prezidenti Aleksandr Qrinberq bildirib.

İspaniyada kluba sahib olan yeganə rusiyalı iş adamı jurnalistin "ispan klublarının idarəçiliyində keçmiş Sovet İttifaqından olan başqa kimlərsə var?" sualına belə cavab verib: "Eşitdiyimə görə, guya "B" Divizionunda çıxış edən bir klubu Azərbaycandan olan qadın alıb. Bəlkə, sadəcə, şayiədir. Ruslara gəldikdə isə, məncə məndən başqa yoxdur".

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza