Modern.az

Saray qəsəbəsində adam güllələyən tutuldu

Saray qəsəbəsində adam güllələyən tutuldu

Təhsil

8 Fevral 2016, 10:31


Fevralın 2-də, saat 12:50 radələrində Abşeron rayon Polis Şöbəsindən rayon prokurorluğuna rayon sakini, 1982-ci il təvəllüdlü Babayev Kamran Valeh oğlunun Saray qəsəbəsindəki evinin qarşısında naməlum şəxs tərəfindən “Makarov” markalı odlu silahdan açılan atəş nəticəsində “boynun və döş qəfəsinin odlu silah yaralanması” xəsarəti ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına daxil olması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Modern.az saytına verilən məlumata görə, faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Qüdrət Kərimov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunmuş və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

K.Babayev aldığı xəsarətlərdən fevralın 6-da xəstəxanada vəfat edib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.  

Gülşən RAUFQIZI    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza