Gənclər və idman naziri Azad Rəhimov Bakı Olimpiya Stadionunda toy mərasimlərinin təşkili ilə bağlı məsələyə münasibət bildirib.
Modern.az-ın xəbərinə görə deyib ki, Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür.Onun sözlərinə görə, dünya təcrübəsində də belə hallar mövcuddur.
“Təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam".
Modern.az