Modern.az

Azərbaycandakı faktiki hava şəraiti barədə AÇIQLAMA

Azərbaycandakı faktiki hava şəraiti barədə AÇIQLAMA

Təhsil

8 Fevral 2016, 13:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisindəki faktiki hava şəraiti barədə açıqlama verib. Əvvəlcədən xəbər verildiyi kimi fevralın 7-si gündüzdən 8-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib. Abşeron yarımadasında və bəzi rayonlarda küləyin sürəti 20-30 m/s-dək güclənib. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Milli Hidrometeorologiya Departamenti tLənkəran-Astara zonasında 2-19, Astarada 30, Böyük Qafqazda 1-15, Mərkəzi-Aran rayonlarında 1-21, Naxçıvan MR-da 1-13, Qazax-Gəncə zonasında 5-12, Kiçik Qafqazda 8-12 mm təşkil edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza