Modern.az

“Yeni büdcə layihəsini hələ görməmişik”

“Yeni büdcə layihəsini hələ görməmişik”

Təhsil

8 Fevral 2016, 15:23


Dünyada neftin qiymətinin aşağı düşməsi Azərbaycanda 2016-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edirdi. Maliyyə naziri Samir Şərifov ötən həftə vətəndaşlarla görüş zamanı yeni büdcə layihəsinin artıq Milli Məclisə təqdim edildiyini bildirib.

“Neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılması zərurəti yaradıb. Artıq yeni büdcə layihəsi hazırdır və Milli Məclisin müzakirəsinə təqdim olunub”, deyə nazir qeyd edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi Vahid Əhmədov Modern.az-a açıqlamasında onlara belə bir sənədin daxil olmadığını bildirib.

“Bu məlumatı mən də mətbuatdan öyrəndim. Milli Məclisə zəng etdim, lakin bizə belə bir sənəd daxil olmayıb. Ola bilsin ki, aparatda baxılır, lakin biz yeni büdcə layihəsini hələ görməmişik”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza