Türkiyənin "Sabah" qəzeti Dünya Turizm Forumu çərcivəsində keçirilən "nazirlər toplantısı" haqqında məqalə hazırlayıb. Məqalənin fotosunda Azərbaycan, Makedoniya, Qana və Türkiyənin nazirləri yer alıb. Onların arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələri yerləşdirilib.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbaycan xəritəsində işğal altındakı Dağlıq Qarabağ göstərilməyib. Bu şəkil sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub.
Modern.az saytı məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyindən münasibət öyrənməyə çalışıb.
Səfirlikdən bildirilib ki, Dağlıq Qarabağ məsələsində Türkiyə hökümətinin mövqeyi dəyişməz olaraq qalır.
“Dağlıq Qarabağ məsələsində Türkiyə hökümətinin mövqeyi dəyişməz olaraq qalır. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.
Aytən ZƏHRA