Modern.az

Gülər Əhmədovanın məhkəməsi təxirə salındı

Gülər Əhmədovanın məhkəməsi təxirə salındı

Təhsil

9 Fevral 2016, 10:43


Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Modern.az saytının məlumatına görə, prosesin baş tutmamasına səbəb Gülər Əhmədovanın məhkəməyə gəlməməsi olub. Proses fevralın 16-da davam etdiriləcək.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə Gülər Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib.

O, 2014-cü il mayın 5-də 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

G. Əhmədova üzərindən məhkumluğun götürülməsi barədə Yasamal rayon Məhkəməsinə müraciət edib. Məhkəmə vəsatəti təmin etməyib. Eks deputat həmin qərardan Apellyasiya şikayəti verib.  

Gülşən RAUFQIZI    

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza