Oskar mükafatının builki qaliblərinə dəyəri 200 min dolar olan hədiyyə paketinin veriləcəyi bildirilir.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Los-Anceles şəhərində fəaliyyət göstərən “Distinctive Assets” şirkəti yeni hədiyyə paketinə İsrailə 10 günlük səyahət (55 min dollar), Yaponiyada prezentasiya turu (45 min dollar), kosmetik vasitələr və seks oyuncaqları daxil edəcək.
Oskar kinomərasimi 2016-cı il fevral 28-də Los-Ancelesdə keçiriləcək.
Vüqar İsmayılov