Modern.az

Bələdiyyə sədri Milli Məclisdə ŞİKAYƏTLƏNDİ: “Özü kənarda durub”

Bələdiyyə sədri Milli Məclisdə ŞİKAYƏTLƏNDİ: “Özü kənarda durub”

Təhsil

9 Fevral 2016, 13:59

"Keçmiş bələdiyyə sədrinin yol verdiyi nöqsanları və cərimələri biz ödəyirik, özü isə kənarda qalıb".

Modern. az xəbər verir ki, bu barədə Astara rayon bələdiyyəsinin sədri Aygül Məmmədova Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik hesabatının müzakirəsi zamanı deyib.   O, bələdiyyəyə sədr seçildikdən sonra köhnə rəhbərliyin səhvləri və yol verdiyi nöqsanlar üzündən xeyli problemlər yaşadıqlarını bildirib.  

"Biz hazırda köhə sədrin dövründə olan borcların ödənilməsi ilə məşğuluq. Özü kənarda durub, biz isə onun yerinə cərimə ödəyirik. Bu gün bələdiyyələr, konkret olaraq Astara bələdiyyəsi də ölkəmizin inkişafına, o cümlədən, yerli sahibkalara kömək etmək istəyir. Bunun üçün də kifayət qədər imkanlar və potensial var. Amma çox təəssüflər olsun ki, bəzi maneələr üzündən biz onlara kömək edə bilmirik.  

Biz axı nəyə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən asılı vəziyyətdə qalmalıyıq? Eyni zamanda, yaxşı olmazdımı kimi, hər bir bələdiyyə seçildiyi 5 illik müddətə cavabdehlik daşısın, ondan əvvəlki rəhbərliyin və ya üzvlərin nöqsanları üzündən yaranmış problemlərin həlli ilə məşğul olmasınlar?  

Bilirsiniz, bizim bələdiyyənin keçmiş sədrinin dövründə əməkhaqqları ödənilmədiyi üçün məhkəmə tərəfindən bələdiyyəmizə cərimə yazılıb, özü də 80 min manat. Biz faktiki olaraq bu iki il ərzində hələ ki həmin cəriməni ödəməklə məşğuluq, heç bir əməli fəaliyyət göstərə, ölkəmizin inkişafına az da olsa töhfəmizi verə bilmirik"- deyə, o, sözlərinə əlavə edib. 

Aytən ZƏHRA  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza