Modern.az

Prezident yol tikintisinə 12 milyon pul ayırdı

Prezident yol tikintisinə 12 milyon pul ayırdı

Təhsil

9 Fevral 2016, 18:13

Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Zazalı - “İmamzadə” kompleksi - Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza