Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
SOCAR-dan Modern.az-a verilən məlumata görə, fevralın 10-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Səngəçal” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işlərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Modern.az