Modern.az

Sabiq deputat klinikasının bağlanması xəbərini təkzib edib

Sabiq deputat klinikasının bağlanması xəbərini təkzib edib

Təhsil

9 Fevral 2016, 22:44

 

Sabiq deputat Nazim Məmmədovun kredit borcu rəhbərlik etdiyi “Loğmed” klinikasının işinə problem yaradıb. Bəzi məlumatlara görə, bankın problemli kreditlər şöbəsinin 10-a yaxın əməkdaşı klinikaya gəlib və qapıları bağlayıb.

Modern.az saytı müsavat.com-a istinadən xəbər verir ki, bank əməkdaşları borcun faizlərlə birlikdə dərhal ödənilməsini tələb edib.

Sabiq deputatın qayınatası professor Rüfət Rüstəmov da klinikaya gəlib.

O, bank əməkdaşları və bankın rəhbərliyi ilə danışıqlar aparıb, bir neçə günlük möhlət ala bilib. Bank əməkdaşları keçmiş deputatın evinə də gediblər. Bundan sonra Nazim Məmmədov iki avtomobilindən birini satıb, “Loğmed” klinikasını isə satışa çıxarıb.

Məlumata görə, sabiq deputatın banka 200 min manat kredit borcu var.

Sabiq deputat isə klinikasının bağlanması xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, bu cür xəbərlər ona qarşı aparılan əks kampaniyadır. Sabiq deputat hazırda Moskvada olduğunu, klinikasının isə işlədiyini bildirdi: "Moskvaya dünən gəlmişəm. Klinika həmişə olduğu kimi işləyir. Heç bir kredit borcum yoxdur. Bunları sizdən eşidirəm".  

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza