Modern.az

Məhkəmə Cavid Hüseynovun vəsatətini təmin etmədi

Məhkəmə Cavid Hüseynovun vəsatətini təmin etmədi

Təhsil

10 Fevral 2016, 13:25


Fevralın 10-da"Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun işi üzrə məhkəmə prosesi davam etdirilib. Səbail rayon Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməyib.

Modern.az saytının verdiyi xəbərə görə, məhkəmədə ittiham aktı elan olunub. C.Hüseynov sərbəst ifadəsində ittihamı qəbul etmədiyini və özünü təqsirsiz saydığını deyib.

C.Hüseynovun hüquqlarını müdafiə edən Adəm Məmmədov jurnalistlərin məhkəmədə iştirak etməsinin təmin edilməsini və dövlət tərəfindən təyin edilmiş vəkilin məhkəmədə iştirakına xitam verilməsini istəyib. Vəkilin səyi ilə birinci vəsatət təmin edilsə də digəri təmin olunmayıb. Növbəti məhkəmə prosesi fevralın 24-ə təyin edilib.

Jurnalist Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib. O, avqustun 9-da müalicə aldığı Kliniki Tibbi Mərkəzə vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

“Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. Ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza