Modern.az

Bakı Şəhər Təhsil İdarəsindən şagird sıxlığı ilə bağlı AÇIQLAMA

Bakı Şəhər Təhsil İdarəsindən şagird sıxlığı ilə bağlı AÇIQLAMA

Təhsil

11 Fevral 2016, 12:35


“Bu gün Bakı şəhərinin bəzi orta məktəblərində siniflərdə uşaqların sıxlığı normadan artıqdır. Bu da paytaxtın bir sıra ərazilərində müşahidə olunan əhali artımı ilə bağlıdır”.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən paytaxt məktəblərnin siniflərində uşaqların normadan çox olması ilə bağlı  Modern.az-ın sorğusuna cavablandırarkən bildirilib. Qeyd edilib ki, məktəblərlə bağlı şagird sıxlığı Bakının mərkəzindən çox, Bakı ətrafında daha artıq özünü göstərir. Qeyd edək ki, şagird sıxlığı əsasən Sabunçu, Xəzər, Qaradağ rayonlarında daha çox müşahidə olunur.

Qeyd olunan məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinqlər aparılıb, şagird sıxlığı ilə bağlı gərginlik müşahidə olunan təhsil müəssisələrinin siyahısı hazırlanıb. Məktəblərdə sıxlığın aradan qaldırılması üçün müəyyən işlər həyata keçirilir.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza