Modern.az

Çin Azərbaycanda pambıq istehsal edəcək

 Çin Azərbaycanda pambıq istehsal edəcək

11 Fevral 2016, 21:36

 

Çin pambıq istehsalı sahəsində Azərbaycanla əməkdaşlıq edəcək. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Çin mətbuatı yazıb.

Bildirilir ki, Çin tərəfi Azərbaycanda müasir texnoloji avadanlıqlara əsaslanan istehsalat sahəsi yaratmaq niyyətindədir: "Azərbaycan hökuməti pambıqçılığın inkişafına təkan vermək niyyətindədir. Vaxtilə Azərbaycan SSRİ-nin aparıcı pambıq istehsalçısı olub. Lakin son illər ərzində Azərbaycanda pambıq istehsalı dəfələrlə azalıb. 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq yığılıb ki, bu 2014-cü illə müqayisədə 14,5% azdır. Çin isə dünyanın ən iri pambıq istehsalçısıdır. Çinin 24 əyalətində 300 milyon insan pambıq istehsalı ilə məşğuldur. Bu baxımdan Azərbaycan Çinlə əməkdaşlıqda maraqlıdır".  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?