Gün ərzində minlərlə turistin ziyarət etdiyi Venesiyadakı Dojlar sarayının salonlarından birində geniş planda sərgilənən xəritədə tarixi Azərbaycan torpaqları ermənilərə aid ərazilər kimi təqdim edilir. Modern.az saytı Turkustan.info-ya istinadən xəbər verir ki, bu günlərdə sarayda olmuş bir soydaşımızın çəkib göndərdiyi fotoda Azərbaycan əraziləri ilə yanaşı, Türkiyə ərazisi, Anadolu torpaqları da “Armenia” kimi təqdim olunur.
Xəritədə Azərbaycan Muğan və Şirvandan ibarətdir, Türkiyə torpaqlarını isə “Armenia”dan başqa, “Lazı”, “Dıyarbakır” və sairə hissələrə bölüblər.
Hesab edirik ki, Azərbaycan və Türkiyə dövlətləri bu məsələyə diqqət ayırmalı, hər gün minlərlə turistdə yanlış təsəvvür yaradan həmin rəzil tablonun muzeydən qaldırılması üçün bütün imkanlardan istifadə etməlidirlər.
Modern.az