Modern.az

Son beş ildə Suriya əhalisinin 11.5 faizini itirib

 Son beş ildə Suriya əhalisinin 11.5 faizini itirib

Təhsil

12 Fevral 2016, 01:35

 

Suriyada son beş il ərzində 470 min insan həlak olub. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, bu Suriyanın Siyasət Araşdırmaları Mərkəzinin son hesabatında əksini tapıb.

Məlumata görə, bu ölkədə 400 min insan zorakılıqlar nəticəsində, 70 min nəfər səhiyyə xidmətləri, ərzaq, su qıtlığı və yaşayış yerlərindən məhrum olduqlar ölüb.  

Mərkəzin hesabatında deyilir ki, ölənlər Suriya əhalisinin 11.5 faizini təşkil edir.  

Vətəndaş müharibəsi səbəbi ilə 1.9 milyon insan xəsarət alıb.   13.8 milyon suriyalının qazanc əldə edə bilmədiyi deyilir. Əhalinin 45 faizi məcburi köçkünə çevrilib. Onların 4 milyonu xarici ölkələrdə sığınacaq tapıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza