Sankt-Peterburqun Nevski rayonunda 53 yaşlı azərbaycanlı öldürülüb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gecə Podvoysk küçəsində baş verib. Küçədə atəş səsi eşidən sakinlər hadisə yerində yaralı Azərbaycan vətəndaşını aşkar ediblər.
Ürəyindən güllə yarası alan azərbaycanlı təcili yardım maşını gələnə qədər keçinib.
Öldürülən şəxsin 2015-dci ilin dekabrında həbsxanadan çıxdığı bildirilir. Fakta bağlı araşdırmalara başlanılıb.
Vüqar İsmayılov