Modern.az

“Rayonlarda 1 milyona yaxın iş yeri potensialı var”

“Rayonlarda 1 milyona yaxın iş yeri potensialı var”

Təhsil

12 Fevral 2016, 13:12


“Əgər bələdiyyələri torpaqsatan imicindən qurtarmaq istəyiriksə, onlar ya əlavə səlahiyyət verməliyik, ya da bütövlükdə bələdiyyə institutunu ləğv etməliyik”.

  Modern.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin plenar iclasında müzakirələr zamanı deyib.   Onun sözlərinə görə, nəhayət icra hakimiyyətləri bilməlidir ki, bələdiyyələrin işinə maneə yaratmaq olmaz:  

“Əhalinin 4 milyonu gəlib Bakıda məskunlaşıb.

Qalanı da bölgələrdədir. Bu qədər əhalinin rayonda işləməsi üçün yerlər torpaq sahələridir. Çünki rayonlarda 1 milyona yaxın iş yeri potensialı var.

Ancaq vətəndaş əmin olmalıdır ki, rayona geriyə dönəndə onun ödədiyi pullar onun artezianına, yoluna qoyulacaq, bələdiyyə kreditlərinə çevriləcək”.    

Aytən Zəhra

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza