Modern.az

“Məgər Azərbaycanda soyuducu pis istehsal olunur?”

“Məgər Azərbaycanda soyuducu pis istehsal olunur?”

Təhsil

12 Fevral 2016, 14:54


Milli Məclisin plenar iclası davam edir. Modern.az xəbər verir ki, deputat Çingiz Qənizadə “Antidempinq kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi barədə danışıb.

Çingiz Qənizadə bildirib ki, bu qanun qəbul olunacağı təqdirdə gələcəkdə korrupsiya halları ilə rastlaşmamaq üçün fəaliyyət mexanizmini gücləndirmək lazımdır. “Azərbaycana xarici ölkələrdən ixrac olunan mallar ucuz qiymətə satılır.

Ölkədə istehsal olunan məhsullar isə baha qiymətə olur. Deputat Zahid Oruc bildirib ki, Prezident ölkədə istehsal olunan maşın və mebelin adını çəkən kimi hamı bunlardan danışır.

“Məgər Azərbaycanda soyuducu pis istehsal olunur? Eyni zamanda başqa ərzaq və qeyri-ərzaq məhsulları. Məqsəd birdir: yerli istehsalı qorumaq.

Ucuz məhsulu ölkəyə gətirilməsinin qarşısı alına bilər. Amma biz bundan sonra planşet, “Mercedes” istehsal etməyəcəyik. Biz qida sənayesi və tekstili inkişaf etdirə bilərik. Doğurdan da ölkədə olmayan və ucuz gətirilən malın qarşısının alınması bahalaşmaya səbəb ola bilər”.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib  

Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza