Modern.az

Beynəlxalq Bank nizamnamə kapitalının artırılması məsələsinə baxdı

Beynəlxalq Bank nizamnamə kapitalının artırılması məsələsinə baxdı

Təhsil

12 Fevral 2016, 15:41


10 fevral 2016-cı ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Bu haqda Modern.az saytına bankın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yığıncaqda Bankın nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb.

Həmçinin, Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 milyon manat məbləğində artırılması, bununla da Bankın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılması qərara alınıb.

Bununla yanaşı, Audit Komitəsinin tərkibində dəyişiklik edilib və kommersiya xarakterli layihə ilə bağlı prosedur məsələyə baxılıb.    

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza