Modern.az

Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Polşada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Təhsil

12 Fevral 2016, 15:52

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Polşanın paytaxtı Varşavada yeni diaspor təşkilatı təsis edilib. Varşava Texnik Universitetinin konfrans zalında keçirilən tədbirdə Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələri və azərbaycanlı gənclər iştirak ediblər.

Yaradılma ideyası tədbir iştirakçıları tərəfindən irəli sürülən bu təşkilatın "Polşadakı Azərbaycanlı Gənclər Şurası" adı altında fəaliyyət göstərməsi qərara alınıb.

Daha sonra Şuraya sədr seçmək üçün səsvermə keçirilib və nəticədə əvvəllər də Polşada geniş diaspor fəaliyyəti ilə məşgul olan gənc azərbaycanlı tələbə Nail Əhməd sədr seçilib. Yaradılmış Gənclər Şurasının strukturu müəyyənləşdirilib,  Rəsul Mammadov və  Nəsib İbrahimov müavin seçilib.

Daha sonra tədbir iştirakçıları çıxış edib, fikir mübadiləsi aparıblar. Yeni yaranmış Gənclər Şurasının Diasporla İş Üzrə Dövlət Komitəsi ilə, eləcə də Azərbaycanın  Polşadakı səfirliyi ilə sıx əməkdaşlıq edəcəyi vurğulanıb.

Aytən ZƏHRA  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza