Azərbaycanın premium kinoteatrı “CinemaPlus” “Dəniz kənarında” melodramının nümayişinə başlayıb.
Ailəvi münaqişələri, davalar və göz yaşları, 70-ci illərin estetikası və Fransız Rivyerasının mənzərələri. Yeni film üçün bu ssenarini Coli özü yazıb, o həmçinin filmin rejissoru kimi də çıxış edib. Ancelina öz rejissor karyerasında artıq kinorejissorlar Gildiyasının mükafatını alıb. Yeni filmdə Ancelina Coli və Bred Pittdən başqa Melani Loran, Melvil Pupo və Nils Arestrup iştirak edib.
Keçmiş rəqqasə Vanessa və onun əri, Amerikalı yazıçı Roland ölkəni səyahət edir. Baxmayaraq ki, vaxt keçdikcə onlar bir-birindən uzaqlaşırlar, bir dənizkənarı şəhərciyi hər şeyi dəyişir.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir. Qeyd edək ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.
//cinemaplus.az/ru/news/azrbaycann-premium-kinoteatr-28-cinemann-ad-dyidir/