Modern.az

Rövnəq Abdullayev “Günəşli” yatağındakı qəza yerinə getdi - FOTOLAR

Rövnəq Abdullayev  “Günəşli” yatağındakı qəza yerinə getdi - FOTOLAR

Təhsil

12 Fevral 2016, 17:50


Fevralın 12-də SOCAR prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülünə səfər edib. SOCAR-ın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, əvvəlcə, özülün yanğın söndürüldükdən sonrakı vəziyyətinə baxış keçirilib.

Əsas istehsal qurğu və avadanlıqların, həmçinin quyuların vəziyyəti haqqında Şirkət prezidentinə ayrı-ayrılıqda məruzə edilib. Sonra SOCAR-ın aidiyyatı rəhbər işçilərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib.

SOCAR prezidenti yanğının söndürülməsindən sonra özüldə qəzanın nəticələrinin aradan qaldırılması qrafiki ilə tanış olub, bu istiqamətdə aparılacaq təmir-bərpa işlərinin əsas prioritetlərini vurğulanıb. Həmçinin təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib.

Rövnəq Abdullayev özüldə hasilat prosesinin planlaşdırılan müddətdə bərpa olunması məqsədi ilə görüləcək işlərdən danışmış, idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlarını verib.









Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza