Modern.az

Deputat nazirliyi dilənçilikdə təqsirləndirdi

Deputat nazirliyi dilənçilikdə təqsirləndirdi

Təhsil

12 Fevral 2016, 18:13

Milli Məclisin bu gün keçirilən iclasında deputat Çingiz Qənizadə növbəti dəfə Nəqliyyat Nazirliyinin ünvanına tənqidi fikirlər səsləndirib.

Modern.az xəbər verir ki, deputat lisenziyalarının ləğvi və ya ASAN-Xidmətə verilməsi ilə bağlı ölkə prezidentinin qərarının cəmiyyətdə alqışlandığını bildirib.  

Bununla belə, qeyd edib ki, Nəqliyyat Nazirliyi sistemində hələ də köhnə streotiplər qalmaqdadır.

Ç.Qənizadə buna misal olaraq avtomobilərə fərqlənmə nişanının hələ də pulla satılmasını göstərib:  

“Əvvələr “fərqlənmə nişanı üçün 50 manat alırdılar. İndi bu ləğv olunub. Amma bu nazirlikdə yenə dilənçilik edirlər, Fərqlənmə nişanını 20 manata satırlar. Bu əməllərə son qoymağın vaxtı çatıb”.  

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza