Modern.az

”Qənaətə ehtiyac yoxdur”- Azərişıq

”Qənaətə ehtiyac yoxdur”- Azərişıq

Təhsil

12 Fevral 2016, 20:02

 

“Azərişıq” ASC bəzi internet saytlarında Bakının küçə və parklarında işıqlandırılmanın qənaət rejimində olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. “Azərişıq” ASC-nin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda deyilir: “Son günlər bəzi internet saytlarında Bakı şəhərinin küçə, park, fasad yerlərin işıqlandırılmasının qənaət rejimində olması ilə bağlı məlumatlar yer alıb, səbəbini isə “Azərişıq” ASC-dən soruşurlar. “Azərişıq” ASC bildirir ki, Bakı şəhəri və bütün regionlarda kifayət qədər elektrik enerjisi var və heç bir qənaətə ehtiyac yoxdur. Bakı şəhəri və digər ölkə şəhərlərinin küçə, park işıqlandırılması müvafiq Şəhər İcra Hakimiyyətlərinin balansındadır. Xahiş edirik ki, suallarınızı Şəhər İcra Hakimiyyətlərinə ünvanlayasınız”.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza