Modern.az

NATO-nun Amerika gəmiləri Batumidə

 NATO-nun Amerika  gəmiləri  Batumidə

Təhsil

12 Fevral 2016, 22:14

 

Bu gün NATO-nun 4 Amerika gəmisi Batumi şəhərinin gəmi limanına daxil olub. Modern.az saytı xəbər verir ki, bu barədə Acarıstan Özünüidarə  Respublikasının rəhbəri Arçil  Xavadze bildirib:  "Bu ilk hadisədir ki,bizim gəmilimanına belə nəhəng və çoxsaylı ekipajı olan gəmilər daxil olur. Amerikalıların bu səfərdə məqsədi bir sıra tədbirlər və görüşlər  təşkil etməkdən ibarətdir. Eyni zamanda təlimlər keçirilməsi də nəzərdə tutulmuşdur. Gəmilərin gəlişi bizim  NATO ilə sıx əməkdaşlığımızın bariz nümunəsidir. Bu gəliş həm də bizim arzuladığımız dostluğun tərənnümüdür."  

NATO  gəmilərinin  limana yan alması təntənəli  mərasimlə qeyd olundu. Qeyd edək ki, gəmilər fevralın 15-dək Batumi limanında qalacaqlar. "İMEDİ" televiziyasının və "RİA" novosti agentliyinin məlumatlarına görə, Fevralın 13-də Amerikalı Vitse-admiral Cocin Latsion da  Batumiyə rəsmi ziyarət edəcək.    

İsmayil  Tanrıverdi

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza