Modern.az

Bu ilin ilk Günəş tutulması martın 9-da olacaq

 Bu ilin ilk Günəş tutulması martın 9-da olacaq

Təhsil

13 Fevral 2016, 00:58

 

Bu ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək. Modern.az "Azərtac”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər. Məlumata görə, tutulma Bakı vaxtilə saat 03:20 radələrində başlayacaq, saat 08:34-dək davam edəcək. Tam tutulma 05:57-də olacaq. Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma əsasən cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək. 

Qeyd edək ki, tutulma Azərbaycanda müşahidə olunmayacaq.

Modern.az
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza